Büst oğurlayan qohumların məhkəməsi başlayır

Yasamal rayonunda məzar daşlarının üzərində olan barelyefləri və büstləri oğurlamaqda təqsirləndirilən Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 12-nə təyin edilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - S.Əsədullayev və onun qohumu M.Əsədullayev tutularaq məsuliyyətə cəlb ediliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satıblar. Onların yaşadıqları mənzillərdən oğurladıqları barelyeflərdən bəzilərinin hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı məlum olub ki, S.Əsədullayev və M.Əsədullayev Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı daha 20 məzarın üzərində olan barelyefləri də oğurlayıblar. Xatırladaq ki, S.Əsədullayev və M.Əsədullayevin oğurladığı büstlərdən biri -Azərbaycanın tanınmış dövlət xadimi, keçmiş Bakı İcraiyyə Komitəsinin sədri və Bakıdakı bir çox mühüm tikinti obyektlərinin inşasında böyük əməyi olmuş Əliş Ləmbəranskinin qızı Elmira Lənbəranskayanın büstü olub.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












