Bütöv ay olan gecələrdə niyə cinayətlər çox olur? – ARAŞDIRMA

Petrikin araşdırmasının nəticəsinə görə, ay bütöv olan zaman cinayət hadisələrinin çox olması ayın ətrafa daha çox işıq saçması ilə bağlıdır. Alimlər ay bütöv olan zaman cinayətlərin artma səbəbini müəyyən edə bilib. Avtosfer.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Avstraliyadakı Bond Universitetinin kriminalisti Vayn Petrik Ayın insan davranışlarına təsirini öyrənməyə çalışıb. Petrikin araşdırmasının nəticəsinə görə, ay bütöv olan zaman cinayət hadisələrinin çox olması ayın ətrafa daha çox işıq saçması ilə bağlıdır. Araşdırmaçı bütöv ay olan zaman cinayət hadisələrinin çox olması iddiası ilə bağlı əlavə məlumat almaq üçün 1985,2009 və 2016-cı illərdə aparılmış 3 fərqli araşdırma zamanı toplanılan məlumatları analiz edib. 2009-cu ildə aparılan nəticəyə görə, Almaniyada 6 il müddətində yaşanmış 23 mindən çox hadisə ilə bağlı məlumatlar yer alıb. Bu məlumatlara əsasən Ayın vəziyyətini öyrənən Petrik Ayın insanların davranışlarına təsir etməsi ilə bağlı heç bir nəticə əldə etməyib. 2016-cı ildə aparılmış başqa bir araşdırmada isə, ABŞ-ın 13 ştatında bir il müddətində törədilən cinayətlərə dair məlumatlar yer alıb. Bu araşdırmanın əsas əhəmiyyəti cinayətlərin hansı məkanlarda keçirilməsi ilə bağlı idi. Petrik bu məlumatlarla cinayət səviyyəsi, cinayət törədilən məkanla Ayın vəziyyəti arasında bir əlaqə olmadığını müəyyən edib. Kriminalistin fikrincə, ay işığının çox olması cinayət işləmə meylində olan insanlar üçün daha uyğun şərait yaradır. Petrikin fikrincə, ay bütöv olan gecələrdə cinayət hadisəərinin artmasının digər səbəbi isə insanlar daha çox hərəkət etməsi və yollarda olması ilə bağlıdır. Petirikin fikrincə, bütöv ay olan gecələrdə cinayət hadisələrinin artmasına digər bir səbəb isə Ayın insanların davranışlarına olan təsir inancı ilə bağlıdır. İnanclar çox zaman cinayətə yol açmasa da, insanların özünü fərqli aparmasına zəmin yaradır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












