"Bütün keçidlərdə əlillər üçün panduslar mütləq olmalıdır" - EKSPERT

"Bakı şəhərində yol hərəkətinin təşkilini dünya standartlarına uyğun yerinə yetirməyə çalışırlar”.
Bunu "Sherg.az”a əlillər üçün pandusların və eskalatorların quraşdırılmadığı bəzi piyada keçidlərində yaranan çətinliklərdən danışarkən nəqliyyat sahəsi üzrə ekspert Fərhad Eyyubov deyib.
O diqqətə çatdırıb ki, paytaxtın piyada keçidlərində eskalatorların, pandusların quraşdırılması yol nəqliyyat mədəniyyətinə uyğunlaşdırılır:
"Son vaxtlar yol infrastrukturunun təşkilində keyfiyyət göstəriciləri əsas götürülür. İnsanlara lazım olan ehtiyacın və tələbatın ödənilməsi də təmin edilir.
Yol hərəkətinin təşkilinə kompleks yanaşmaq lazımdır. Piyada keçidləri bəzi yerlərdə yalnız işarələnib, amma müvafiq lövhələr qoyulmayıb. Ağ xətlərlə işarələnməyən bir sıra yollarda isə keçməyə icazə verilir. Elə yerlər var, piyadaların keçməsi hər bir halda qadağandır. Bu zaman yeraltı və yerüstü qapalı keçidlərdən istifadə olunur.
Avtobusların həm minmə, həm düşmə zamanı, həm də piyada keçidlərinin qarşısında hesablanmış şəkildə panduslar qoymaq olar. Yalnız bir hissədə bu addımı həyata keçirməklə tələbatı tamamilə ödəmək olmur. Məsələn, indi yeni panduslar quraşdırıblar. Müşahidə aparsaq görərik ki, panduslar quraşdırılan bəzi hissələrdə onlara çox da ehtiyac yoxdur.”.
F.Eyyubovun fikrincə, əlillər yaşayan binaların yaxınlığında, müxtəlif obyektlərin, xəstəxanaların ətrafında və ümumiyyətlə, bütün keçidlərdə əlillər üçün panduslar mütləq olmalıdır:
"Amma bütün şəhərdə pandusları quraşdırmaqla yol nəqliyyatının problemlərini tamamilə həll etmək mümkün olmayacaq. Yüzlərlə problem, narahatlıq doğuran məqamlar var. Sadəcə, lazım olan yerlərdə panduslar quraşdırılsa, qalan vəsait digər ciddi problemlərin həllinə sərf edilə bilər. Etiraf etməliyik ki, yol hərəkətinin təşkilində çoxsaylı problemlər qalmaqdadır. İstənilən halda, yol mədəniyyətinin inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması istiqamətində atılan addımları alqışlayıram”.
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Rusiyadan “Tramp Marşrutu” ilə bağlı açıqlama: Vəziyyət dəyişə bilər
ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
Bakı vahid nəqliyyat sistemi nə vəd edir? – ŞƏRH








