Bütün ölkə şokda: Ərlə arvad 20 qadını tikə-tikə doğrayıb - FOTO

20 qadını öldürərək, onların cəsədlərini kiçik hissələrə bölən ər və arvad yaxalanıb. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, Meksikanın paytaxtı Mexikonun ən kasıb rayonlarından biri olan Ekatepekdə törədilən silsilə cinayətlər bütün ölkədə şok effekti yaradıb. Məlumata görə, uşaq arabasında növbəti qurbanlarının doğranmış cəsədini aparan cütlüyü yaxalayan polis ərlə arvad barəsində təhqiqata başlayıb. İlkin dindirmə zamanı kişi 20 qadını qətlə yetirdiyini etiraf edib. Cani öz ifadəsində qurbanlarından bəzilərini öldürməzdən əvvəl zorladığını da boynuna alıb. Müstəntiqlər axtarış zamanı cinayətkar cütlüyün mənzilində və evin yaxınlığında bir neçə qadının bədən hissələrini tapıblar. Doğranmış cəsədlərin qalıqları plastik paketlərə yığılaraq soyuduculara və sement vedrələrinə yerləşdirilib. Axtarış nəticəsində qətlə yetirilmiş qadınlara aid paltarlar da aşkarlanıb. Prokurorluqdan bildiriblər ki, cütlük öz qurbanlarının daxili orqanlarını müxtəlif şəxslərə satıblar. Ancaq həmin “müştəri”lərin adı hələlik açıqlanmayıb. Hadisə cinayətin törədildiyi rayonda geniş əks-səda doğurub. Qətlə yetirilmiş qadınların xatirəsini şam yandırmaqla anan sakinlər cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını tələb ediblər.


Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












