Buzlu qitəni təkbaşına, piyada keçən insan: Bunu bacardım - FOTO

Çərşənbə günü, dekabrın 26-da amerikalı Kolin O-Bredi kimsənin bacarmadığı işi görüb. O, Antarktidanı təkbaşına, yardım olmadan qət edib.
Avtosfer.az milli.az-a istinadən bildirir ki, ABŞ-ın Oreqon ştatındakı Portlend şəhərinin sakini olan 33 yaşlı Kolin 54 gün ərzində xizəklə 1457 km qət edərək Ross şelf buzlağındakı hədəfinə çatıb. Yürüş əsnasında o, avadanlığı və ərzağı belinə bağladığı kanata bərkitdiyi kirşədə çəkib. Yürüşün əvvəlində kirşədə 170 kq-a yaxın yük vardı.
O-Bredi unikal yürüşünün salnaməsini İnstagram-dakı profilində aparıb. Hədəfə çatan təki o, ilk əvvəl evə, xanımına zəng edərək "Bu işi gördüm!" deyib.
Kolinin xanımı Cenna Beşou söyləyib: "Çox həyacanlı anlardı. Ərim hamınıza dəstək və sevgi üçün minnətdarlıq etdi".
Kolinin sözlərinə görə, yürüşün son günü çox ağırdı. 129 kilometrlik məsafəyə son "sıçrayış"ını edən amerikalı deyib: "Vücuduma qulaq asdım və anladım ki, bacaracağam. Yorğunluq fiziki yox, daha çox psixoloji idi. Yəqin ki, buzların arasında daha bir gecəyə dözməzdim".
O-Bredinin sözlərinə görə, yolunda ən başlıca maneələr nəfəs kəsən soyuq və külək idi. Onun yürüşü zamanı küləyin orta sürəti 88,6 km/saat, havanın temperaturu isə -29 dərəcə idi.
Kolin O-Bredi Antarktidadan keçən yürüşünə noyabrın 3-də başlamışdı. Onunla birlikdə analoji rekorda Britaniya ordusunun kapitanı, 49 yaşlı Lüis Radd da can atırdı. Raddın yürüşü hələ başa çatmayıb.
O-Bredi və Raddın ikisi də yürüşlərinə Antarktidanın qərbindəki Filhner buzlağında başlamışdılar. Onlar Antarktidanın şərq sahilindəki Ross buzlağına doğru hərəkət ediblər.
İlk olaraq Antarktidadı təkbaşına qət etmək fikrinə Lüis düşmüşdü. Britaniyalı 2016-cı ildə tarixdə ilk dəfə buzlu qitədən təkbaşına keçməyə çalışmış dostu Henri Uorslinin cəhdini təkrarlamağa çalışıb. 55 yaşlı Uorsli hədəfə cəmi 48 km qalmış yürüşü dayandırmış, yardım istəmişdi. Bir müddət sonra isə o, poliorqan çatışmazlığından xəstəxanada keçindi.
Radd yürüşə çıxacağını apreldə, O-Bredi isə oktyabrda bəyan etmişdi.
Ekstremalların hər biri sponsorlardan 200 min dollar almışdılar.




Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır








