Camal Qaşıqçı ilə bağlı SENSASİYALI İDDİA: paltarlarını geyindirib... - FOTO

Camal Qaşıqçı cinayətinin üstünü örtmək üçün onu öldürüb geyimlərini dublyoruna geyindirdilər. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından sui-qəsd üçün gələn 15 nəfərin məqsədi Qaşıqçını ölkəyə qayıtmağa razı salmaq olub. Lakin onlar buna etiraz edən Qaşıqçını boğmağa çalışıblar. Planda onu öldürmək olmayıb, amma hər şey nəzarətdən çıxdığı üçün dəstə üzvləri məcbur qalıb onu öldürüblər. Qaşıqçı ona narkotik verib ölkədən qaçırdacaqlarını başa düşdüyündə, yaxınlıqda onu gözləyən adamın olduğunu və bir saat ərzində çıxmasa, rəsmi nümayəndəliklərə və polisə xəbər veriləcəyini deyib. Mahir Əbdüləziz Mutrebeyə "Mənə nə edəcəksiniz? Qaçırmağı planlaşdırırsınız" sullarına "Bəli, səni qaçıracağıq" cavabını alan Qaşıqçı ucadan qışqırmağa başlayıb. Bundan vahiməyə düşən dəstə üzvləri qışqırmaması üçün onun ağzını bağlayıblar. Jurnalist bir neçə dəqiqə içərisində boğularaq həyatını itirib. Cəsədi Konsulluqdan çıxarmaq üçün isə onu xalçaya büküblər. Daha sonra diqqqəti yayındırmaq məqsədilə Səudiyyə Ərəbistanından gələn 15 nəfərdən biri Məhəmməd M. Almadani öldürülən jurnalist Camal Qaşıqçının paltarlarını geyinib, onun qol saatını və günəş eynəyini taxaraq binadan çıxıb. Həmin ərəfədə onun meyiti konsulluq işçilərinin və 15 nəfər sui-qəsdçinin köməyi ilə çıxarılaraq naməlum istiqamətə aparılıb. 1961-ci il təvəllüdlü Mustafa Məhəmməd Almadani konsulluqdan çıxdıqdan sonra Qaşıqçının libasını, "Apple" marka ağıllı qol saatını və günəş eynəyini Sultanəhməd istiqamətində zibilliyə atdığı bildirilib. Xatırladaq ki, Qaşıqçının dublyoru Almadani Atatürk Hava Limanına "Sky Prima Aviation"a aid təyyarəsiylə saat 03.41-də gəlib. Mövenpick hoteldə qalıb və xüsusi təyyarə ilə 00.18-də çıxış edib. Kamera görüntüləri dəlil olaraq istifadə edilib. Konsulluqdakı qrup isə Məhəmməd M. Almadaninin Qaşıqçı libasında binadan çıxdığına dair kamera görüntülərini sübut kimi irəli sürərək Ər-riyaddakı rəhbərliyə qeyd göndərib.
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI










