Canlı bağlantı: Əhali mərkəzi yolları bağladı... - VİDEO

İrəvanda bir neçə gündür davam edən aksiya gərgin müstəviyə keçib. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, Paşinyanın rəhbərlik etdiyi etirazçılar mərkəzi küçələrini tam qapadıb.
Etiraz aksiyalarının əsas təşəbbüskarı olan Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyan işlərinə tələsən erməni vətəndaşlarından onlara yaratdıqları maneədən ötrü üzr istəyib. Paşinyan bu narahatlığın Serj Sərkisyan hökumətinin narahatlığı yanında çox xırda bir şey olduğunu bildirib.
Paşinyan həmçinin hakim Respublika Partiyasının liderlərinin evlərinin mühasirəyə alınması məsələsinin də gündəmdə olduğunu açıqlayıb. Müxalif lider həmçinin aksiyaların daha da genişlənəcəyi və tezliklə körpülər və metro stansiyalarının tutulacağını xəbəri verib.
“Nyus.am” saytı Paşinyanın tərəfdarlarının “Yertisardakan” metro stansiyasının fəaliyyətinə mane olmaq cəhdinə polisin imkan vermədiyini bildirib. Polis insidentin qarşısını alan zaman etirazçılara güc tətbiq edib.
Hazırda İrəvanın mərkəzində aksiya genişlənməkdədir.
Müxalifətin böyük etirazlar Serj Sərkisyan və komandasında narahatlıqlar yaratmağa başlayıb. Belə ki, Sərkisyan artıq müxalifətlə toqquşmadan yayınmaq üçün partiyasının iclasını İrəvanda keçirməkdən imtina edib. O, iclas üçün əsas qərargah kimi İrəvanın 50 kilometrliyində yerləşən Tsaxkadzor şəhərini seçib.
Qeyd edək ki, martın sonlarından Sərkisyanın baş nazir təyin olunmasına və beləliklə, hakimiyyəti zəbt etməsinə etriaz əlaməti olaraq Ermənistanın müxtəlif şəhərlərində yürüşlər keçirən Paşinyan bir neçə gün öncə İrəvana çatıb. İrəvandakı yürüş isə sonra Fransa meydanında böyük aksiya ilə nəticələnib.
Daha sonra İctimai Radionun binasını ələ keçirən Paşinyan xalqa müraciət etmək istəsə də, binanın işıqları kəsilib. O isə aksiyada iştirak edən media nümayəndələrinin texniki dəstəyi ilə müraciətini gerçəkləşdirə bilib.
Nikol Paşinyan xalqı Serj Sərkisyana qarşı mübarizəyə səsləyib.
Mətbuatın iddiasına görə, Serj Sərkisyan baş nazir seçilməzdən əvvəl Avropa Birliyi ilə münasibətləri korlamaq, üstəlik, Qərbin təzyiqindən uzaq durmaq üçün hələlik etirazçılara güc tətbiq etməkdən yayınır. Sərkisyan həmçinin yeni baş nazirlik dönəminin 2008-ci ildə olan I prezidentlik dönəmi kimi qırğınlarla başlanmasını istəmir. Hamisi Rusiyanın beynəlxalq aləmdə təcrid edildiyini anlayan Sərkisyan bu dəfəki zorakılıq zamanı Qərbə qarşı çarəsiz vəziyyətdə qalacağını anlayır.
Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR
Bu yolda sürücülər üçün ciddi təhlükə - Təkərlər cırılır – VİDEO
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu körpənin valideynləri axtarılır - FOTO
SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: "Güc tətbiq ediləcək"
Qarabağda və Şərqi Zəngəzurda layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir - Prezident İlham Əliyev
Paytaxtın 14 küçəsində sıxlıq var - SİYAHI
Avtomobillər üçün böyük maneə - Bu məhsul tükənir
Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTO
İstehlak kreditləri bahalaşır; artan faizlər vətəndaşın cibinə necə təsir edir? – İQTİSADÇI EKSPERT








