Çaqqal 4 yaşlı uşağı dişləyib - VİDEO

Lənkəranda həyətə soxulan çaqqal uşaqlara hücum edərək onlardan birini yaralayıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Lənkəran rayonunun Şürük kəndində baş verib. 4 yaşlı Səbuhi Əzizov gündüz vaxtı həyətdə yaşıdları ilə oynayarkən qəfildən kolluqlardan çıxan çaqqal ona hücum edib. Səs-küyə həyətə çıxan ana uşağı çətinliklə də olsa çaqqaldan xilas edə bilib. Üzündən və ayağından xəsarət alan Səbuhi dərhal xəstəxanaya çatdırılıb. Lakin evə qaytdıqdan sonra ərazidən uzaqlaşmayan həmin çaqqal yenidən Səbuhi Əzizov və anasına, eləcə də ətrafdakı insanlara hücum çəkib. Heyvanın tək halda və insanlara hücum etməsi səbəbindən onun quduz olması ehtimal edilir. Sakinlər deyiblər ki, çaqqalın gündüz vaxtı kəndin mərkəzində həyətlərə daxil olması ilə ilk dəfə qarşılaşırlar. Faktın yaratdığı təhlükəni nəzərə alaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, bununla bağlı onlara hər hansı bir müraciət daxil olmayıb. Əgər quruma, habelə müvafiq icra orqanlarına müraciət daxil olarsa, lazımi addımların atılması üçün tədbirlər görüləcək. Ümumiyyətlə isə bu vəhşi heyvanın vurulması qadağandır və müvafiq cərimələr nəzərdə tutulub. Odur ki, oxşar hadisələrin təkararlanmaması üçün sakinlər ən qısa müddətdə müvafiq qurumlara müraciət etməlidirlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












