“Cavid Qurbanov haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti QSC rəhbəri Cavid Qurbanov haqqında yayıılan məlumatlara münasibət bildirib. QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Avtosfer.az-a verdiyi məlumatda bildirilir ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir.
"Aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan xalqının Ulu öndər heydər Əliyevin siyasi kursuna inam və etibarını nümayiş etdirdi. Bu seçkilərdə xalq yekdilliklə həmin siyasi kursun yayiqli davamçısı İlham Əliyevə və onun əməli mübarizəsinə səs verdi.
Hazırda dövlət strukturlarında qətiyyətli islahatlara start verən dövlət başçısı əsaslı kadr islahatları aparır ki, bu da cəmiyyətimiz tərəfindən maraq və razılıqla qarşılanır. Çox təəssüf ki, bu addımlara bəzi mətbu orqanlarında yersiz münasibətlər ortaya qoyulur. Adı heç bir dəyişiklikdə nəzərdə tutulmayan kadrların işgüzar imicinə müdaxilələr olur. Hətta bu sırada son günlər bəzi saytlarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun da adı hallandırılır. Məlumat üçün bildirim ki, bu şayiələr özündə heç bir həqiqəti əks etdirmir. Belə məlumatı yayanlar isə insanlar arasında məqsədli şəkildə çaşqınlıq yaradırlar. Ölkəmizdə söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz.
Əvvəla onu qeyd edim ki, Cavid Qurbanov Dövlət başçısının etimadı ilə 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub.
O ki, qaldı Cavid Qurbanovun hansısa başqa vəzifəyə təyin olunmasına, bu, ölkə başçısının səlahiyyətinə daxil olan məsələdir və kimlərinsə bu haqda fikir yürütməsi doğru deyil", - deyə məlumatda bildirilir.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










