Cavid Qurbanov: “Transxəzər marşrutu ilə yüklərin daşınması üçün vahid tariflər lazımdır”

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə müxtəlif növ yüklərin daşınmasının təmin olunması üçün vahid tariflər və vahid pəncərə prinsiplərinin tətbiq olunması lazımdır.
Avtosfer.az-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib: “Bizim əsas tapşırıqlarımız tariflərin təkmilləşdirilməsi, daşımalar cədvəlinin müəyyənləşdirilməsi, sürətin artırılması və digər məsələlərdir. Azərbaycan öz növbəsində, öz ərazisindən kömür, buğda və konteynerlərin daşınması tariflərinin azaldılmasını təmin edib. Türkiyə və Ukrayna da qiymətləri azaltmağı vəd edib”.
Qeyd edək ki, bu gün Bakıda TMTM Beynəlxalq Assosiasiyasının üzvlərinin ümumi iclası keçirilib. İclasın yekununda kömür və buğda daşımaları üzrə tarifləri təsdiq edən protokol imzalanıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












