Çay axını ilə 92 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycana çay axını ilə qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən (DSX) Avtosfer.az-a verilən məlumata görə, son zamanlar dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin gücləndirilməsi nəticəsində qaçaqmalı ölkə ərazisinə gətirə bilməyənlər öz məqsədlərinə çatmaq üçün müxtəlif üsul və metodlara əl atırlar. Belə ki, iyunun 29-da DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə ərazisinə qanunsuz yolla dövlət sərhədindən buraxılış məntəqələrindən kənar gətirilməsinin qarşısı alınıb. Həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib. Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümumi dəyəri, təqribən, 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY














