Çayda suyun səviyyəsinin azalması gəmiçiliyə mane olur

Dunayda suyun səviyyəsinin azalması çayın Macarıstandan keçən hissəsində ötürücülük qabiliyyətini üçdəiki dərəcədə azaldıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, avqust ayında yüksək temperatur və quraqlıq nəticəsində Dunayın suyu azalıb. Hazırda çayın Budapeştdən keçən hissəsində su səviyyəsi 93 santimetrdir. Macarıstanın MTI informasiya agentliyinin məlumatına görə, Dunay çayının Budapeştdən keçən hissəsində suyun ən az səviyyəsi 2003-cü ildə (51 santimetr) qeydə alınıb. Macarıstanın daxili su yolları ilə daşımalar assosiasiyasının prezidenti Atilla Bençik deyib ki, hər gün zərərləri artan gəmiçilik şirkətləri öz yükləri ilə suyun səviyyəsinin qalxmasını gözləyir, yaxud mallarını daha kiçik gəmilərə və yük avtomobillərinə yükləyirlər. O əlavə edib ki, Dunay çayının bəzi hissələrində, məsələn, Almaniyada gəmilər hətta yükü boşaltdıqdan sonra da hərəkət edə bilmirlər. Sərnişin gəmiçiliyi şirkətinin direktoru Qabor Şpanik bildirib ki, çayda suyun səviyyəsinin aşağı olması Budapeştdən şimala doğru hissələrində gəmiçiliyi dayandırıb. Direktor vurğulayıb ki, bəzi kruiz gəmiləri Komaromdan (Macarıstanın şimal-qərbində Slovakiya ilə sərhəd) o tərəfə axınla üzə bilmirlər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












