Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.Az-a verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli yağış nəticəsində bəzi çaylarda sululuq artıb, Talaçay və Gorançay çaylarından qısamüddətli daşqın və sel keçib. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edib.
Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 460 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 600 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 40 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 249 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 218 m3/s təşkil edərək ongünlük normanın 107 faizinə bərabər olub.
Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 8, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 2 sm artım qeydə alınıb.
Surra məntəqəsində suyun səviyyəsi 322 sm (2017-ci il mayın 14-də 366 sm), Şirvanda 179 sm (2017-ci il mayın 14-də 223 sm), Salyanda 105 sm (2017-ci il mayın 14-də 150 sm), Bankədə 175 sm (2017-ci il mayın 14-də 174 sm), Araz çayının Novruzlu məntəqəsində isə 28 sm (2017-ci il mayın 14-də 60 sm) təşkil edib.
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA










