Cəlalabadda bir ailə 23 ildir MAĞARADA YAŞAYIR

Qırğızıstanın Cəlalabad vilayətinin 68 yaşlı sakini Tolon Mamırasulov 1995-ci ildən ailəsi ilə birgə vilayətin ucqar dağlarında-mağarada yaşayır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ixtisasca musiqiçi olan Tolon və həyat yoldaşı burada beş övlad böyüdüblər. Onların dördü ailəlidir və Cəlalabadda yaşayır. Ailə başçısı ona baş çəkməyə gələn jurnalistlərə deyib: "Mən 23 il əvvəl iflic olmuşdum, yuxuda bu mağaranı gördüm, bu məkanı tapıb ailəmlə mağaraya köçdüm və sağlamlığıma qovuşdum”. Tolon müsəlman olsa da şamanizmlə də məşğuldur və qırğız xalq çalğı aləti olan komuzda çalır. O deyib ki, mağarada elektrikin və müasir məişət əşyalarının, mebellərin olmaması onları narahat etmir və ailə təbiətlə təmasda yaşamaqdan zövq alır. Yaxınlıqdakı kəndlərin sakinləri dua etmək və xeyir-dua almaq üçün tez-tez bu mağaraya baş çəkir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












