Cəlilabadda baş verən qətlin təfərrüatı məlum olub

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, rayonun Privolnoye kənd sakini, 1984-cü il təvəllüdlü Gülbala Rauf oğlu Quliyev həmkəndlisi, 1984-cü il təvəllüdlü Ceyhun Dədəkişi oğlu Novruzovu yaşadığı evə çağıraraq onunla mübahisə edib. Mübahisə zamanı G.Quliyev C.Novruzovun ürəyinə iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib və Cəlilabad rayon Polis şöbəsinə gələrək təslim olub. Şübhəli şəxs qismində saxlanılan G.Quliyev istintaqa ilk ifadəsində Ceyhun Novruzovu keçmiş həyat yoldaşı ilə münasibətinin olduğundan şübhələnərək qətlə yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, hadisə oktyabrın 7-də baş verib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












