Banner

Cəlilabadda dini icmaların nümayəndələri ilə görüş keçirilib - FOTO

Gündəm 10 Sentyabr 2018 18:16 Oxunub 1704
Cəlilabadda dini icmaların nümayəndələri ilə görüş keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dini radikalizmlə mübarizədə birgə fəaliyyət göstərmək vacibdir

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyət”, “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” mövzusunda görüş keçirilib. Rayon məscidində təşkil olunan görüşdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev, şöbənin əməkdaşları, həmçinin rayonunda fəaliyyət göstərən dini icmaların nümayəndələri və rayon ağsaqqalları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan  Cəlilabad RPŞ-nin rəisi M.Quliyev belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük bir rolu vardır və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir. Polis rəisi qeyd edib ki, ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq din hər zaman dövlətin dayağı kimi çıxış edib. M.Quliyev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirlərdə həmçinin narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edilib.  Narkomaniyaya qarşı hüquq mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb. Sonda polis rəisi tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, şikayətlər dinlənilib.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh