Cəlilabadda silahlı insidentin TƏFƏRRÜATLARI

Ötən gün Cəlilabad rayonunda baş vermiş silahlı insidentin təfərrüatı məlum olub. “Report”un hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, naməlum şəxslər Cəlilabad şəhər sakini Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar. Aparılan araşdırmalar nəticəsində hadisənin Kənan Həsənovun qardaşları, Cəlilabad rayon sakinləri İqbal Həsənov və İlqar Həsənov tərəfindən törədildiyi müəyyənləşdirib. Onların da hadisə yerinə Cəlilabad şəhər sakinləri Kənan Həsənova məxsus “Lexus” və Şakir Məmmədova məxsus “Nissan” markalı avtomobillərdə gəldiyi müəyyənləşib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İqbal Həsənov qaynı Şakir Məmmədovun “Nissan” markalı avtomobilində, İlqar Həsənov isə yaşadığı evdə tutulublar. İlqar Həsənovun evinə baxış zamanı oradan “Aksu” markalı silah, patron darağı və patronlar aşkarlanıb. İqbal Həsənovun Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğu da müəyyənləşib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221 və 228-ci maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












