Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. Avtosfer.az-ın məlumatına görə, o sosial şəbəkədə özü bildirib ki, o, bu gün guya "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.
Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.
Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb. Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli Dubayda hansı "təxirəsalınmaz ailə tədbirinə" gedirdi? Aydındır ki, Cəmil Həsənli istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyib...
Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib etsə də, qısa müddətdə onun "təkzib"i Türkiyədən verdiyi məlum olmuşdu. Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapıldığı barədə informasiya yayılıb. Onu da qeyd edək ki, vaxtilə Rusiyada “Milyarderlər ittifaqı”nın namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycandakı icraçılarının kimlər olduğu heç kimə sirr deyil.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












