Cənubi Qafqazda nəqliyyat şəbəkəsinin gələcəyi necə dəyişəcək? - AÇIQLAMA

Vaşinqton görüşündə müzakirə olunan və “Tramp körpüsü” (Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu – TRIPP) adlandırılan layihə Cənubi Qafqaz regionunda nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə inkişafını nəzərdə tutur.
Avtosfer.az xəbər verir ki, bu layihə çərçivəsində Naxçıvana gedən yol maneəsiz keçidlə açılacaq və bu, yüklərin və sərnişinlərin Azərbaycanın bir hissəsindən digər hissəsinə təhlükəsiz keçidini təmin edəcək. Ən önəmlisi isə bu yolun təhlükəsizliyi üçün üçüncü tərəf olaraq ABŞ-ın özəl hərbi şirkəti məsuliyyət daşıyacaq.
Bütün bunlar region ölkələri üçün nəqliyyat marşrutlarının daha təhlükəsiz və səmərəli işləməsinə şərait yaradacaq. Layihə sayəsində həm dəmir yolu, həm də avtomobil yolu şəbəkələrinin modernləşdirilməsi və genişləndirilməsi mümkün olacaq. Bu, Cənubi Qafqazın nəqliyyat tranzit potensialını artırmaqla beynəlxalq ticarət əlaqələrinin güclənməsinə və regional inteqrasiyanın dərinləşməsinə səbəb olacaq.

Beləliklə, TRIPP layihəsi regionun iqtisadi inkişafına töhfə verəcək, sərhədlərarası ticarəti asanlaşdıracaq və nəqliyyat-kommunikasiya sahəsində yeni imkanlar yaradacaq.
Bəs TRIPP layihəsi region ölkələrinin dəmir yolu və avtomobil yolu şəbəkələrinin inkişafına hansı imkanlar yaradacaq?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, bölgəmizdə quru dəhlizlərinin əhəmiyyəti hər gələn gün artmaqdadır: “Regiondakı mürəkkəb geosiyasi vəziyyət fonunda hər yeni yol, yeni marşrutun müstəsna əhəmiyyəti var. Azərbaycanın yerləşdiyi coğrafiyada çox strateji əhəmiyyət var.

Mövcud marşrutlarla yanaşı, Xəzər və Qara dəniz limanlarını əlaqələndirən Trans-Qafqaz magistralı Aralıq dəniz limanları və Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu, bununla yanaşı, yeni şaxələndirmə mövzusu gündəmə gəlir. Azərbaycan da öz torpaqlarını azad etdikdən sonra aktiv surətdə bu yöndə işlər görür. Zəngəzur istiqamətində yeni avtomobil magistralları, dəmir yolu inşa edir, demək olar ki, tamamlanma mərhələsindədir. Bu yeni marşrutlar vaxtında və doğru verilmiş bir qərardır. Yeni fürsətlər üçün də zəmin yaradır”.
Ekspertin fikrincə, Zəngəzurdan keçən marşrutun unikallığı ondadır ki, həm Şimal-Cənub, həm Şərq-Qərb, həm də Cənub-Qərbi əlaqələndirmək kimi imkanlara sahibdir: “Bu marşrutda tək avtomobil və dəmir yolları deyil, gələcək üçün həmçinin enerji kabelləri, internet fiberoptik kabeli və enerji kəmərləri kimi də fürsətlər üçün imkanlar var. Düşünürəm ki, yaxın illərdə artıq marşrutun tam fəaliyyətindən sonra onun potensialını real olaraq görəcəyik”.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












