Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO

İranın xüsusi xidmət orqanları ilə sıx əlaqələri ilə bilinən xaricdə yaşayan bloger Ələmdar Bünyadov Almaniyada səfərdə olan Azərbaycanın nümayəndə heyətinə yaxınlaşaraq əsassız iddialar səsləndirib. Avtosfer.az “Operativ Media”ya istinadən xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov əvvəlcə onu dinləyib, sonra cavabını veriblər. “Qeyd etdiyiniz məsələlər sizin şəxsi qənaətinizdir və şəxsi qənaətinizi həqiqət kimi təqdim etməyiniz qəbuledilməzdir. Bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qərar qəbul olunubsa, bu qərara dair onun apelyasiyaya və kassasiyaya təqdim edilməsinin də öz qaydaları var. İşgəncələrlə bağlı dedikləriniz sizin mülahizənizdir. Mən əminəm ki, Azərbaycanda işgəncə tətbiq edilə bilməz, xüsusi olaraq qadınlara qarşı. Ümumilikdə bu mümkünsüzdür”, - Ceyhun Bayramov blogerin təxribat xarakterli sualına cavab verib.
“Hamısının kimin tərəfindən maliyyələşdirildiyini bilirsiniz? Məsələyə xüsusi obyektiv yanaşın. Siz Almaniyada hansı statusda yaşayırsınız? Azərbaycandan nəyə görə getmisiniz? Deyin, gəlin dinləyək bir-birimizi. Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi hər şeydən dəyərlidir”, - Hikmət Hacıyev əlavə edib.
Qeyd edək ki, daha əvvəl Hikmət Hacıyevin Tural Sadıqlıya bu qəbildən olan cavabı uzun müddət sosial media gündəmi olmuşdu.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












