Ceyhun Bayramovla Hakan Fidan telefonda nələri müzakirə edə bilər? - POLİTOLOQ

Politoloq Elxan Şahinoğlu Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin telefon danışığını regional və qlobal proseslər fonunda dəyərləndirib.
Avtosfer.az xəbər verir ki, politoloqun sözlərinə görə, fevralın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı regional təhlükəsizlik məsələləri, Azərbaycan–Türkiyə arasında müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə fəaliyyət müzakirə olunub. Bununla yanaşı, Yaxın Şərqdə mövcud vəziyyət, Azərbaycan–Ermənistan normallaşma prosesi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Elxan Şahinoğlu bildirib ki, “Şuşa Bəyannaməsi”ndən irəli gələrək strateji müttəfiq olan Azərbaycan və Türkiyə xarici və təhlükəsizlik siyasətlərinin koordinasiyasını davamlı şəkildə həyata keçirirlər. Xarici işlər nazirlərinin mütəmadi telefon danışıqları da bu siyasətin tərkib hissəsidir.
Politoloqun fikrincə, ABŞ vitse-prezidenti Ceyms Vensin yaxın günlərdə Azərbaycana planlaşdırılan səfəri və Bakıda müzakirə edəcəyi mövzular Ankaranın da maraq dairəsindədir. Eyni zamanda, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri də Türkiyə tərəfindən diqqətlə izlənilib. Şahinoğlu vurğulayıb ki, İranın mövcud mürəkkəb geosiyasi vəziyyətində bu səfər sıradan hadisə sayıla bilməz və Tehran mümkün risklər fonunda qonşu ölkələrin mövqelərini dəyərləndirməyə çalışır.
Politoloq qeyd edib ki, Azərbaycanın mövqeyi bu məsələdə birmənalıdır: rəsmi Bakı bölgədə gərginliyin əleyhinədir və ölkə ərazisinin hər hansı dövlət tərəfindən başqa bir ölkəyə qarşı istifadəsinə icazə verməyib və verməyəcək.

Elxan Şahinoğlu, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son dövrlər münasibətlərində müəyyən suallar olan Səudiyyə Ərəbistanı və Misirə səfərlərinin Azərbaycanda maraqla qarşılandığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın hər iki ölkə ilə daim yaxşı münasibətləri olub.
Bununla yanaşı, politoloq Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında üçtərəfli müdafiə müqaviləsinin hazırlanması ilə bağlı yayılan məlumatlara da diqqət çəkib. O qeyd edib ki, belə bir hərbi-siyasi ittifaq formalaşacağı təqdirdə Azərbaycanın da bu prosesə qoşulması məsələsi gündəmə gələ bilər.
Şahinoğlunun fikrincə, mövcud regional və beynəlxalq proseslər fonunda Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin müzakirə edəcəyi mövzular kifayət qədər geniş və əhəmiyyətlidir.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












