Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 93.1.4 və 234.4.1-ci maddələrinə əsasən 2 il 3 ay azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Vüqar Əsgər oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Əsgərov Ağahüseyn Əsgər oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın etiketində xüsusi üsulla tikilərək gizlədilmiş 0,432 qram “Heroin” aşkar edilib.
Bakı İstintaq təcridxanasına da narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Kərimov İlqar Hüseynağa oğluna göndərilmiş banderola özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman qurudulmuş çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,339 qram olan “Heroin” və 1 ədəd sellofan bükülüdə 0,01 qram “Metamfetamin” dərman preparatı aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO













