ChatGPT-dən istifadə edənlərə XƏBƏRDARLIQ: İşinizi itirə bilərsiniz

Süni intellekt texnologiyalarından istifadə zamanı diqqətsizlik işçilərin karyerasına son qoya bilər. Hazırda bir çox şirkət əməkdaşlarının iş prosesində ChatGPT və ya DeepSeek kimi proqramlardan yararlanmasına etiraz etmir. Lakin bu alətlərdən istifadənin hüquqi və peşəkar məsuliyyəti birbaşa işçinin üzərinə düşür.
Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssis Artem Jadeyev bildirir ki, işəgötürənin süni intellektdən istifadəyə görə işçini birbaşa cərimələmək səlahiyyəti yoxdur.
Əmək qanunvericiliyi buna imkan vermir. Buna baxmayaraq ciddi xətalar baş verdikdə intizam tənbehi və işdən çıxarılma halları qaçınılmaz olur.
Xüsusilə şirkətə aid kommersiya sirlərinin və ya şəxsi məlumatların kütləvi neyron şəbəkələrinə daxil edilməsi ən təhlükəli pozuntu sayılır.
Ekspertin sözlərinə görə süni intellekt tərəfindən hazırlanmış və heç bir yoxlamadan keçməmiş hesabatların təqdim edilməsi də böyük risk yaradır. Əgər belə bir sənəd şirkətin maddi zərərə uğramasına səbəb olarsa, işçi vəzifə öhdəliklərini yerinə yetirməməkdə ittiham edilərək qovula bilər. Bundan əlavə süni intellekt vasitəsilə təhlükəsizlik sistemlərini sıradan çıxarmağa cəhd etmək cinayət məsuliyyəti yaradır. Bu halda şəxsi nəinki işdən çıxarılma, həm də dövlət tərəfindən tətbiq edilən iri məbləğli pul cərimələri gözləyir.
Artem Jadeyev vurğulayır ki, gizli məlumatların sızması sübut olunarsa, şirkətlər dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Bu səbəbdən neyron şəbəkələrlə işləyərkən məxfi sənədləri botlara kopyalamamaq və alınan nəticəni mütləq yoxlamaq tövsiyə olunur.
Yəni, süni intellektlə işləmək qadağan deyil, amma işə aid gizli məlumatları bu proqramlara yazmaq və ya onun səhv hazırladığı hesabatı yoxlamadan təqdim etmək sizi işinizdən edə bilər.
Benzin və dizel ödənişsiz verilir... - Avtomobil sahiblərinin nəzərinə!
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı












