Cihazların ölkədən çıxarılması cəhdinin qarşısı alınıb - FOTO

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılarkən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb.
İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan Respublikasının vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya Federasiyasının vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, İdris Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ələddin Qarayev, Fərman Əhmədov və Südabə Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.
Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ələddin Qarayev Azərbaycan Respublikasının gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək Rusiya Federasiyasına göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, Fərman Əhmədova göndərib.
Fərman Əhmədov isə həmin malları Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Sədərək" bazarında Südabə Mehdiyevaya təhvil verib. Nəhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Namiq




Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










