Çin dünyanın ən böyük aviasiya bazarı olacaq

Çin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacaq. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) qarşıdakı 20 illik dövr üçün sərnişin proqnozuna dair hesabatında qeyd olunur. Bildirilir ki, iqtisadiyyatın inkişafı Çində daxili və beynəlxalq hava nəqliyyatının genişlənməsinə öz təsirini göstərəcək. İATA-nın proqnozlarına görə, hazırkı gedişlə 2037-ci ildə dünyada aviasiya ilə daşınan sərnişinlərin sayı iki dəfə çoxalaraq 8,2 milyard nəfərə çatacaq. Bu sektorda qarşıdakı 20 ildə 100 milyon yeni iş yeri yaranacaq. Aviasiyanın gözlənilən inkişafında Asiya-Sakit okean hövzəsi ölkələrinin böyük payı olacaq. Belə ki, sərnişin artımının yarıdan çoxunu bu region təmin edəcək. Hindistan 2024-cü ilədək Böyük Britaniyanı qabaqlayaraq dünyada ən böyük üçüncü, İndoneziya isə 2030-cu ilədək dördüncü aviasiya bazarı olacaq.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












