Çin maşınlarında oturacaq dizaynı dəyişə bilər – RƏSMİ

Çində son illər sürətlə inkişaf edən elektrikli avtomobil sənayesində diqqət çəkən komfort funksiyalarından biri olan “sıfır çəkisi” (zero-gravity) oturacaqlar tənzimləyici qurumların diqqət mərkəzinə düşüb.
Avtosfer.az xəbər verir ki, Çin hakimiyyəti bu tip oturacaqların yol hərəkəti təhlükəsizliyi baxımından yaratdığı risklərlə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Məlumata görə, “Ministry of Industry and Information Technology of China” lüks elektrikli avtomobillərdə geniş yayılmış və demək olar ki, tam uzanan vəziyyətə gətirilə bilən “sıfır çəkisi” oturacaqların təhlükəsizlik standartlarına uyğunluğunu yenidən qiymətləndirir. Nazirlik hesab edir ki, bu cür oturacaqlar qəza zamanı sərnişinlərin ciddi xəsarət alması riskini artırır.
Rəsmi açıqlamalarda qeyd olunur ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişinlərin həddindən artıq əyilmiş və ya uzanmış vəziyyətdə olması mövcud təhlükəsizlik sistemlərinin effektivliyini azaldır. Belə hallarda təhlükəsizlik kəmərləri və hava yastıqları sərnişini nəzərdə tutulduğu şəkildə qoruya bilmir.
Mütəxəssislərin fikrincə, ən ciddi risklərdən biri “sualtı qayıq effekti” adlandırılan hadisədir. Bu zaman qəza anında sərnişin təhlükəsizlik kəmərinin altına doğru sürüşərək avtomobil daxilində nəzarətsiz hərəkət edir ki, bu da ağır və hətta ölümcül xəsarətlərlə nəticələnə bilər.
Son illərdə bir sıra Çin avtomobil istehsalçıları, o cümlədən “BYD”, “Xiaomi” və “Zeekr” öz modellərini “mobil istirahət məkanı” kimi təqdim edərək masaj funksiyalı oturacaqlar, iri multimedia ekranları, ambient işıqlandırma və digər komfort həllərinə üstünlük veriblər. “Sıfır çəkisi” oturacaqlar da bu konsepsiyanın əsas elementlərindən biri hesab olunur.
Hazırda ictimai müzakirəyə çıxarılan yeni qaydalar göstərir ki, Çin tənzimləyiciləri avtomobillərdə komfort və texnoloji yeniliklərlə yanaşı, təhlükəsizlik məsələlərinin prioritet olaraq qalmasına xüsusi diqqət yetirirlər.
Sənaye nümayəndələri hesab edirlər ki, Çində qəbul ediləcək yeni təhlükəsizlik tələbləri gələcəkdə qlobal avtomobil bazarına da təsir göstərə bilər. Onların fikrincə, bu addım istehsalçıları komfort və rəqəmsal funksiyalarla yanaşı, ənənəvi təhlükəsizlik mühəndisliyinə daha çox önəm verməyə sövq edəcək.
Eltac Zülfüqaroğlu
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












