Cinayət törədən şəxslər saxlanılıb

Bakı şəhəri, Nizami rayonunda yaşayan bir qadın 25-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadığı evin yaxınlığında onun əlindən içərisində 85 manat və sənədlər olan çantasını alaraq qaçdığını bildirib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Umayev saxlanılıb. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.
25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri daha əməliyyat tədbiri nəticəsində, paytaxt sakini Yusif Həsənova məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Ramal Ağacanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, R.Ağacanov avtomobilin sahibi ilə əvvəldən tanış olub. Onlar birlikdə spirtli içki qəbul etdikdən sonra R.Ağacanov zərərçəkənin avtomobilin qaçırmaq qərarına gəlib. Amma Yasamal rayonu ərazisində dövlət yol polisləri onu saxlayan zaman R.Ağacanov avtomobili orada qoyaraq qaçıb. 25-ci Şöbənin əməkdaşları tərəfindən o, Lənkəran şəhərində saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edilən faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












