Cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb

Azərbaycanda azadlığın məhdudlaşdırılması ilə bağlı yeni cəza növünün - elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Trend-in görə, bunu ədliyyə nazirinin müavini Məhərrəm Əliyev "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib. Nazir müavininin sözlərinə görə, Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı verdiyi sərəncam əsasında bir çox işlər həyata keçirilib, həbs edilmiş şəxslərin sayı azalıb.
M.Əliyev əlavə edib ki, son illər məhkəmə-hüquq sistemində aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əhaliyə hüquqi yardımların göstərilməsinə xüsusi diqqət yetirilir.
Yeni regional məhkəmələrin təsis edilməsi, paytaxt və regionlarda yeni məhkəmə binalarının tikilməsi, məhkəmə fəaliyyətində ən son texnologiyaların-elektron məhkəmə sisteminin tətbiqi məhkəmələrin işinin keyfiyyətinə səmərəli təsir göstərib.
M.Əliyev qeyd edib ki, həyata keçirilən tədbirlər əhalinin məhkəmələrə olan inamını yüksəldib. Bunun nəticəsi olaraq məhkəmələrə edilən müraciətlərin sayı ilbəil artır.
Nazir müavini bildirib ki, 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 20 dəfədən çox artıb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












