Çində zəlzələ baş verdi: 16 yaralı

Çinin cənub-qərbindəki Sıçuan vilayətində baş verən zəlzələ zamanı azı 16 nəfər xəsarət alıb, daha 378 nəfər təxliyyə edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Vilayətin inzibati rəhbərliyinə istinadən verilən xəbərdə bildirilir ki, Çinin hakimiyyət orqanları ərazidə fövqəladə vəziyyət elan edib. Zəlzələnin ziyan vurduğu bölgəyə qəza-xilasetmə xidmətinin əməkdaşları göndərilib. Çin Xalq Respublikasının Fövqəladə Hallar üzrə Nazirliyinin məlumatına görə, regionda 300-dən çox xilasedici var.
Sıçuanda silsilə yeraltı təkanlar ötən gün yerli vaxtla saat 12:46-da, İbin şəhərindən 70 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Təbii hadisə zamanı regionda bəzi evlər dağılıb.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












