Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ

Qəza zamanı elektrik enerjisinin kəsilməsi səbəbindən avtomobildə qalan sərnişinlərin qapıları aça bilməməsi halları artdığından, ABŞ elektron qapı tutacaqları ilə bağlı yeni təhlükəsizlik standartlarının hazırlanmasına başlayıb.
Avtosfer.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyası (NHTSA) qəza və texniki nasazlıq zamanı avtomobildən təhlükəsiz çıxışı təmin edəcək mexanizmlərin məcburi tətbiqi ilə bağlı hüquqi prosedura start verib.
Qurumun planına əsasən, son illər bir çox yeni avtomobildə istifadə olunan gizli və elektron qapı tutacaqlarının yerini daha əlçatan və mexaniki ehtiyat açma sistemləri tutmalıdır. Məqsəd qəza zamanı elektrik sisteminin sıradan çıxması halında sərnişinlərin avtomobildən rahat şəkildə çıxa bilməsini təmin etməkdir.
Mütəxəssislər bildirirlər ki, estetik görünüş və aerodinamikanı yaxşılaşdırmaq məqsədilə tətbiq edilən elektron qapı tutacaqları bəzi qəzalarda ciddi təhlükəsizlik riski yarada bilir. Elektrik kəsildikdə qapıların açılmaması və mexaniki ehtiyat açma qollarının gizli yerlərdə yerləşməsi sərnişinlərin vaxtında avtomobili tərk etməsini çətinləşdirir.
Qeyd edək ki, bu istiqamətdə ilk addımı Çin atıb. Ölkədə fövqəladə hallarda avtomobildən çıxışı çətinləşdirən bəzi elektron qapı tutacağı sistemlərinin istifadəsinə məhdudiyyət tətbiq olunub.
NHTSA hazırda avtomobil istehsalçılarından texniki məlumatlar və təhlükəsizlik analizləri toplayır. İctimai müzakirələr başa çatdıqdan sonra ABŞ-də istehsal ediləcək yeni avtomobillər üçün məcburi təhlükəsizlik standartlarının təsdiqlənməsi gözlənilir.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












