Çingiz Qənizadənin adından pul yığırlar - “Yol daşıyıcıları”

Deputat Çingiz Qənizadənin adından dələduzluq edirlər. Bu barədə “Qafqazinfo”ya deputatın özü məlumat verib. O qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi ona zəng edərək bir nəfər şəxsin Lerik və Göygöl avtovağzallarının rəhbərliyinə yaxınlaşaraq Məmmədov Cəfər Muxtar oğlunun adına pul köçürülməsini istəyiblər: “Onlar özlərini mənim təşkilatımın nümayəndəsi kimi təqdim ediblər. Pul yığıb jurnal buraxacaqlarını deyiblər. Təşkilatın da adı “Yol daşıyıcıları” olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mənə verilən məlumata görə, həmin şəxsin adı Pərvindir. Əlaqə nömrəsi də 050 677 73 51-dir. Artıq bu nömrəyə bir neçə dəfə yığsam da, telefon söndürülüb. Mən sizin vasitəsilə ictimaiyyətə müraciət edirəm ki, belə hallarla dövlət və özəl təşkilatlar qarşılaşsalar, dərhal o adamları saxlayıb polis orqanlarına təhvil versinlər”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












