Cinsi azlıq nümayəndəsi olan atasını yandıran oğulla bağlı – QƏRAR

Bakıda ağır qətl hadisəsi törətməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Elməddin İsmayılov, 1992-ci il təvəllüdlü Nəcməddin İsmayılov və 1976-cı il təvəllüdlü Vəlican Dadaşovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az oxu.az-a istinadın xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətləri təmin olunmayıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəlican Dadaşov 19 il, Elməddin Əliyev 18 il, Nəcməddin İsmayılov isə 17 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, bu il fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin Bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib. Polis və prokurorluq orqanlarının təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü isti izlərlə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər. Rayon polis və prokurorluq orqanları əməkdaşlarının hadisə yerinə keçirdiyi baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olduğu və onun kəsici-deşici alətlə qətlə yetirildiyi müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İbrahim Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq, cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - Vəlican Dadaşov və Nəcməddin İsmayılov saxlanılaraq istintaqa cəlb ediliblər. İbrahim Əliyevi öldürən oğlu Elməddin Əliyev hadisənin təfərrüatı barədə ifadə verib. Elməddin Əliyev atasını öldürdüyünü və daha sonra izi itirmək məqsədilə evi yandırdığını etiraf edib. Bildirib ki, əsgərlikdən yeni gəlib və qəsəbədə olan zaman atası haqqında xoşagəlməz xəbərlər eşidib. Onun sözlərinə görə, qəsəbədə atasının cinsi azlıq nümayəndəsi kimi bir neçə oğlanla cinsi əlaqədə olmasından danışıblar. Elməddin Əliyev bu səbəbdən atasını öldürmək qərarına gəlib.
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ








