“Çökən yolun bərpasına sabahdan başlanacaq”

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsinin çökmə səbəbi orada tikinti işlərinin normalara uyğun aparılmaması və yolun dayanaqlığının öyrənilməməsidir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, dəymiş ziyan tikinti şirkəti tərəfindən ödəniləcək: “Hazırda yola dəymiş ziyanla bağlı araşdırmalar aparılır. Artıq tikinti şirkəti ilə danışıqlar gedir, çox güman ki, yola dəymiş ziyan tam olaraq şirkət tərəfindən ödəniləcək”. A.Nəcəfli qeyd edib ki, yolun bərpasına artıq sabahdan başlanılacaq. Bir müddət əvvəl inşaat işlərini həyata keçirən şirkətin məsul əməkdaşı Nuran Həsənzadə deyib ki, binanın ətrafında tikilən istinad divarları lazımi vaxtda və düzgün şəkildə vurulub: “Yolun çökməsinin başlıca səbəbi yeraltı borulardan sızan sulardır. Hazırda ərazidə olan bütün işçi qüvvəsi problemi aradan qaldırmaq üçün əllərindən gələni edir”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












