Çörəyi benzinə bulayan çörək daşıyıcıları - VİDEO

Son vaxtlar çörəyin süfrələrimizə hansı yollarla gəlib çıxması şübhələr doğurur. Çörək maşınlarının sanitar qaydaları pozması halları artıb. Avtosfer.az bildirir ki, məsələ ilə bağlı ARB TV-də maraqlı reportaj yayımlanıb. Araşdırma apararkən belə qayda pozuntusuna rast gəldik. Çörək daşıyan maşının yiyəsi maşınını rəngləyəcəyini və belə antisanitar halın birdə yaşanmayacağını dedi. Bundan sonra nəzarət olunacaqmı, olunmayacaqmı? Bilmirik. Amma buna qədər olan çörəyin daşınması zamanı yol verilən bu səhlənkarlıqların vətəndaşlara az zərbəsi dəyməyib.
Sakin: "Çörəkdaşımada antsanitar vəziyyət var. Bəzən çörəklərdən benzin iyi gəlir. Çünki onları daşıyan yerdə maşın avadanlığı olur, ya da üstü açıq olur. Hamı da əlini vurur çörəyə".
Sakin: "Çörək daşıyanların bəziləri natəmizlik edir. Çörəyə zərər vururlar".
Əslində, çörəkbişirmə sexləri də bu qaydalardan və təmizlik normalarından xəbərsiz deyil.
Nicat Səmədov - Sahibkar: "Sahibkar olaraq səslənirəm ki, səliqəli olmaq lazımdır. Çörəyə hörmətsizlik etmək olmaz. Onu qaydasında, səliqəli təhvil vermək lazımdır".
Uğur Canıyev - Çörək sexinin nümayəndəsi: "Bizə verirlər, bişirib hazırlayırıq. Aparmaq onların öz işidir. Onlara da tövsiyəmiz olur ki, təmiz parça sərsinlər maşınlara və yaxud təmiz qutularda aparsınlar. Maşın antisanitar vəziyyətdə olarsa, biz onlara çörək vermirik".
Yəqin ki, bu sadalananları etmək onların çox vaxtını alır, ya da əlavə əziyyətə düşmək istəmirlər.
Saçlı Vəliyeva - Çörək sexinin əməkdaşı: "Deyirik qutu tap, qutuda verək. Deyir ki, lazım deyil, mən belə aparıram, ürəyim belə istəyir. Olmaz belə şey".
Görünənsə odur ki, bu cür başa salımaqla bəziləri başa düşmək istəmir. Deməli, mütləqdir ki, bu sahədə də sərt addımlar atılsın. Yeyinti məhsullarının daşınması zamanı sanitar norma və qaydalarını pozanlar ciddi cəzalandırılsa, bu, digərləri üçün dərs olar. Vətəndaş da aldığı çörəyin təmizliyindən əmin olaraq yeyər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












