Çörəyin içərisindən sümük çıxdı - VİDEO

Mağazadan çörək alan vətəndaş evdə qəribə mənzərə ilə qarşılaşıb. Çörəyin içərisindən sümük parçası çıxıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Ərazidə yaşayan sakinlərdən biri qarşılaşdığı bu hadisəni telefonla çəkərək votsap nömrəsinə göndərib. Vətəndaş iddia edir ki, aldığı çörəyi istifadə edən zaman arasından sümük parçası çıxıb. Qablaşdırlımış çörəyin üzərində həmin məhsulun Xırdalan çörək zavodunda istehsal olunduğu da açıq-aydın görünür. Məsələ ilə bağlı adıçəkilən zavoda getdik. Zavodun direktoru Ramiz Hüseynov şifahi olaraq bildirdi ki, onların zavodunda belə bir halın baş verməsi qeyri-mümkündü. Çünki un ələyən avadanlıqlar standartlara cavab verdiyindən ora hər hansı bir cisim düşdüyü zaman həmin avadanlıqlar iş prosesini dayandırır. Məsələ ilə bağlı Qida Təhlükəslizliyi Agentliyindən isə bildirildi ki, problemlə qarşılaşan vətəndaş qurumun 1003 nömrəli qaynar xəttinə müraciət etməlidir. Bundan sonra araşdırmalara başlanılacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












