D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev

D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan hökuməti tərəfindən tam dəstəklənir. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "D-8 Media Mükəmməlliyi Mərkəzinin Strateji Çərçivəsinin Təqdimatı" adlı tədbirdə deyib.
O bildirib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi bu qurumun fəaliyyətinə və gündəliyinə böyük önəm verir.
"Azərbaycan D-8 ailəsinin tamhüquqlu üzvüdür. Bu platforma qlobal iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır. Biz təşkilatın fəaliyyətinə süsusi önəm veririk. Prezident İlham Əliyev D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin, eləcə də Təhlil Mərkəzinin Azərbaycanda yaradılması təşəbbüsünü müsbət qarşılayıb. Bu gün artıq həmin təşəbbüsün ilk nəticələrini görürük", – H.Hacıyev vurğulayıb.
O əlavə edib ki, D-8 Media Mükəmməllik Mərkəzi üzv ölkələr arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












