Dağılan körpünün bərpasına başlanıldı

Üç gün əvvəl Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpasına başlanılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və “Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları artıq 2 gündür dağılan körpünün bərpası ilə məşğuldur. Hazırda körpü dayağı üçün diametri 1000 santimetr olan dəmir borular torpağa basdırılır və çayda suyun kənardan mərkəzə yönəldilməsi üçün suistiqamətləndirici beton bənd inşa edilir. Körpünün bərpası işləri bir neçə ay davam edəcək.
Qeyd edək ki, iyunun 2-də Göyçay çayına gələn güclü sel uzunluğu 76 metr, eni 11,5 metr olan avtombil körpüsünün 15 metrlik hissəsini dağıdıb. Ayın 3-də axşam saatlarında çayda güclü sel axını dayanıb, suyun səviyyəsi aşağı düşərək əvvəlki məcraya qayıdıb və körpünün bərpası üçün işlərə başlanılıb. Hazırda Göyçay şəhərinin şərq hissəsinin əhalisi və 38 kəndin sakinləri rayon mərkəzinə gedib-gəlmək üçün şəhərin şimalındakı köhnə asma piyada körpüsündən və 60 kilometr uzunluğu olan Göyçay-Ucar-Göyçay yolundan istifadə edirlər.

Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












