Dağlıq Qarabağ münaqişəsi üzrə anlaşma olacağına ümid var - Prezident

"Biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır". Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib. "Bizim apardığımız və aparacağımız siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib. Mən qəti əminəm ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur. Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir", - deyə dövlət başçısı bildirib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










