Daha bir gəmi əsaslı təmir olundu - FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "Nerça" təchizat-yedək gəmisi "Bibiheybət" Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, proses zamanı gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri təmir edilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Bununla belə, gəmi tərsanəyə qaldırılaraq hərəkət-sükan kompleksinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri, onun üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələrin dəyişdirilməsi işləri yerinə yetirilib. Həmçinin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra onun dəniz sınağı həyata keçirilib. Sınaq uğurla başa çatdırılıb. "Nerça" gəmisi Gəmiçiliyin digər təchizat gəmiləri kimi dənizdəki neft-qaz layihələrinin təminatında - neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək. Uzunluğu 67, 23, eni 13.89 metr olan gəmi "Wartsila" firmasının istehsalı olan 2 ədəd 12V22 tipli, 2х2420 at gücünə malik mühərriklə təchiz edilib.

Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












