Daha bir gəmimiz beynəlxalq sularda üzəcək - FOTO

Bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) daha bir quru yük gəmisi – “Mahmud Rəhimov” Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq. Bu barədə Avtosfer.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, artıq gəmi Türkmənistandan yük götürərək Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”a gedəcək. Universal quru yük gəmisinin istismarına nəzarəti AXDG-nin beynəlxalq sularda üzən digər gəmiləri kimi Gəmiçiliyin Bakıdakı baş ofisi, texniki xidməti isə şirkətin Türkiyə nümayəndəliyi həyata keçirəcək. “Mahmud Rəhimov” gəmisinin daimi heyəti 16 nəfərdən ibarətdir. Dedveyti 4485 ton, yükgötürmə qabiliyyəti 4100 ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr olan gəmi AXDG-nin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Xatırladaq ki, AXDG-nin Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-si quru yük, ikisi tankerdir.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA











