Dalğa 50 tonluq kaşalot cəsədini sahilə atıb - FOTO

Korsikanın qərb sahilində yerləşən çimərlikdə uzunluğu 12 metr, çəkisi isə 50 tondan çox olan kaşalot cəsədi aşkar edilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli "Corse Net Infos" nəşri yazıb. Bildirilir ki, nəhəng balina bazar ertəsi səhər Qaleriya kommunası ərazisində Korsika regional parkının bir hissəsi olan "Skandola" qoruğunun əməkdaşları tərəfindən tapılıb. Park nümayəndəsi Jan-Mari Dominiçi bildirib ki, kaşalot, ehtimal ki, bir neçə gün əvvəl ölüb. Onun sözlərinə görə, məməlinin nədən öldüyü hələ aydın deyil, lakin kürək üzgəci ilə quyruq arasındakı travma izləri kaşalotun qocalıqdan deyil, digər heyvanların hücumuna məruz qalaraq öldüyünü güman etməyə əsas verir. İndi meriya və yanğın xidməti 50 tonluq balinanın təxliyyə planını hazırlamalıdır. Əməliyyata regionda proqnozlaşdırılan güclü külək mane ola bilər.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA















