DANX əhaliyə müraciət etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti əhaliyə müraciət edib. Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etdiyiniz biletlər vasitəsilə növbəlilik prinsipinə əməl etdiyiniz üçün və kənar şəxslərin qeyri-qanuni daşımalar üçün süni qiymət artımına gətirib çıxaran qanunsuz əməllərinə rəvac vermədiyiniz üçün təşəkkür edirik!
Tezliklə BBAK-də sizin üçün daha əlverişli şəraitin yaradılması üçün bütün tədbirlər görülür. Sizdən xahiş edirik ki, hər hansı qanun pozuntusuna rast gəldiyiniz halda NRYTN-nin 1655, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406 01 58/59 nömrəli qaynar xətlərinin operatorlarına məlumat verəsiniz. Məlumat verəcəyiniz faktla bağlı avtobusun dövlət qeydiyyat nişanını dəqiq bildirməyiniz rica edilir”.
Müraciətdə bildirilir ki, bilet satışı ilə bağlı indiyə qədər ən çox daxil olan şikayətlər qeyri-qanuni daşımalar həyata keçirən daşıyıcı şirkətlər tərəfindən süni şəkildə qiymətlərin qaldırılması idi: “Hazırda DANX-nin və BBAK-nin gücləndirilmiş nəzarət mexanizmi ilə sərnişinlərin gediş-gəlişinin təmin olunmasında bu kimi hallara yol verilməməsi üçün tədbirlər görülür. Reyslərin saatlarında olan mövcud bəzi problemlərin də aradan qaldırılması üçün kompleks işlərə start verilib”.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












