Darıxdığı üçün polisə 45210 dəfə zəng etdi, həbs olundu

İstanbulda Şərif Can adlı vətəndaş il ərzində polisə 45 210 dəfə zəng etdiyi üçün həbs olunub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, 2017-ci ilin mayından 2018-ci ilin mayına qədər türkiyəli kişi gün ərzində 100 dəfə polisə zəng edib və hər dəfə operatordan onunla danışmasını xahiş edib. Kişi polis işçisinə xidməti vəzifəsini yerinə yetirməyə mane olduğu üçün məhkəməyə çıxarılacaq. İstintaq zamanı 55 yaşlı Can bildirib ki, kiminləsə danışmaq üçün polisə zəng edirmiş: “Mən arvadımla iki il öncə ayrılmışam. Mən daim içir və polisə zəng edirdim. Çünki depressiya və yalnızlıqdan əziyyət çəkirdim”. O, hərəkətini belə izah edib. Kişi öz suçunu etiraf edib, peşmançılığını ifadə edib və bir daha belə hərəkət etməyəcəyinə dair söz verib. Məhkəmə Canı 5 ilə qədər həbs cəzasına məhkum edə bilər. Fevralda işsiz yaponun 159 dəfə dövlət idarələrinə zəng edib, heç nə deməməsinə görə həbsi barədə xəbər yayılmışdı.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












