Daş karxanalarında aparılan monitorinqlərin nəticələri açıqlanıb

"İstifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, həm də ayrı-ayrı bölgələrdə yerləşən daş karxanalarında monitorinqlər aparılıb". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri İlham Pənahov deyib. Onun sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, daş karxanalarında hazırda istifadə edilən avadanlıqlar sovet dövründə istehsal olunub və vaxtı keçib: "Karxanalarda istifadə olunan avadanlıqların çoxu tam aşınıb. Bəzi yerlərdə avadanlıqlar təhlükəsizlik tələblərinə cavab vermir. Heç bir ekoloji tələb gözlənilmir, ekoloji mühitə dəyən zərərin qarşısı alınmasa gələcəkdə vəziyyət daha da pis olacaq". İ.Pənahov qeyd edib ki, daş karxanalarında elə də çox və çeşidli avadanlıqlara ehtiyac yoxdur: "Karxanalarda 3-4 adda avadanlıq tətbiq olunur ki, onları da günün tələblərinə cavab verən yeni avadanlıqlarla əvəz etmək lazımdır".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












