“Daşıyıcıların işə qəbul sərbəstliyi azaldılmalıdır”

"Sərnişindaşıma ilə məşğul olan şirkətlərin avtobus sürücülərini işə qəbul etmək sərbəstliyi bir qədər azaldılmalıdır". Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, hazırda sərnişindaşımadakı problemlər, daşıyıcıların işə qəbul məsələsinə laqeyd yanaşması onu deməyə əsas verir ki, bu sahədə dövlətin rolu artırılmalı, sərnişindaşıma fəaliyyəti dövlət qurumu tərəfindən həyata keçirilməlidir. M.Ağayev onu da deyib ki, sürücülərin peşəkarlığının artırılması diqqət mərkəzindədir: "Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və peşəkarlıqla bağlı işlər daha da gücləndiriləcək. Amma mövcud problemlərin həlli üçün sürücülərin işə qəbulu qaydalarında dəyişikliyə nail olmalıyıq. Bu gün sərnişindaşımada qeyri-peşəkar sürücülərin olması daşıyıcıların iş qəbul məsələsinə laqeyd münasibətindən qaynaqlanır. 3 ildir ki, bununla bağlı həyacan təbili çalırıq. Agentlik vəziyyətin normallaşması üçün səlahiyyətləri çərçivəsində müəyyən işlər görür".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












