Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu yenidən qurulur – FOTO + VİDEO

Uzunluğu 24.5 km olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, hazırda torpaq və çınqıl örtüklü olmaqla yolun eni 4-5 metr təşkil edir. Yolun ensiz olması və indiyə qədər asfalt-beton örtüklə tikintisinin aparılmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Agentlik tərəfindən yolun tikintisinə start verilməsi gediş-gəlişlə yaşanan problemləri geridə qoymağa başlayıb.
Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edəcək. Bu üzdən hazırda aparılan torpaq işləri bitəndən sonra 150 min kv.m-ə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.
Tikinti layihəsinə uyğun olaraq, hazırda yol boyu 10 metr enində yeni yol yatağı inşa olunur, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Bundan başqa yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi və yolun genişləndirilməsi işləri aparılır. Bunun ardınca isə yol əsasının alt layının tikintisi üçün optimal qırmadaş, üst layının tikintisi üçün isə qum-çınqıl qarışığı ilə aparılacaq, çiyinlərin bərkidilməsi işləri görüləcək.
Avtomobil yolu üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə, hər birinin uzunluğu 12 metrolan 2 yeni avtomobil körpüsünün inşası və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruların tikintisi nəzərdə tutulan işlərdəndir.
Tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərini quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.
Namiq
Türkiyə-İsrail münasibətinin yenidən pisləşməsinin səbəbi nədir? – Politoloq AÇIQLADI
Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR
İran-İsrail gərginliyi artır; yanacaq bahalaşa bilər? – Ekspertdən AÇIQLAMA
Sürücülərə vacib xəbər - 16 iyundan etibarən yeni qayda qüvvəyə minir
Velosiped və skuter sürücülərinə xəbərdarlıq edildi: piyadalar üçün təhlükəyə çevrilir
Avtovağzalın “Google Maps”ə inteqrasiyası nəyi dəyişəcək? – EKSPERT
Yasamalda sökülən ərazilərdə bəzi evlərin memarlıq üslubu necə fərqlənir? - FOTO
Bu avtomobillərdə kritik təhlükəsizlik problem; kütləvi yoxlama başladı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə!
Azərbaycanda bir qrup şəxsə güzəştli kreditlər veriləcək - FƏRMAN
KFC və “McDonald's”larda müştərilərə niyə çiy və köhnəlmiş qidalar verilir? – EKSPERT RƏYİ
















