Daşkəsəndə 5 nəfərin ölümünə səbəb olan yanğınla bağlı cinayət işi açılıb

Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Qərb bürosuna Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, noyabrın 14-də gecə saatlarında rayonun Quşçu kəndində 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə) və 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.
Xatırladaq ki, Quşçu kənd sakini, 1977-ci il təvəllüdlü Pənah Cəmil oğlu Tağıyeva məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində baş vermiş yanğın zamanı ev sahibinin gəlini, 1990-cı il təvəllüdlü Sevinc Şahin qızı Tağıyeva onun övladları, 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq həmçinin ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Qoşqar qızı Ədilxanova yanaraq ölüblər.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












