Daşqınlar 13 nəfərin həyatına son qoyub

Fransanın cənubunda yerləşən Od departamentində daşqınlar nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb. Avtosfer.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Pezan kommunasında su bəndinin dağılmaası riski ilə əlaqədar minə yaxın insanın təxliyə olunub. "Enedis” elektrik təminatı kompaniyası Od və Ero departamentlərində azı 8 min istifadəçinin elektriksiz qaldığını bildirib. Regionun bəzi rayonlarına bir neçə saat ərzində üç aylıq yağıntı norması düşüb. Sürəti saatda 100 kilometrə çatan və su axınına mane olan küləklər də daşqınların güclənməsinə səbəb olub. Hazırda təbii fəlakətdə zərər çəkən ərazilərdə aparılan xilasetmə əməliyyatlarında 8 helikopter, həmçinin yüzlərlə yanğınsöndürən və polis iştirak edir. Baş nazir Eduar Filipp və ekologiya naziri Fransua de Rüjinin vəziyyəti qiymətləndirmək üçün regiona səfər edəcəkləri bildirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












