Daxili İşlər Nazirliyində Ulu öndərin xatirəsi yad edildi - FOTO

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi bugünlərdə nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük təntənə ilə qeyd olunur. Gənc əməkdaşların iştirakı ilə bu əlamətdar tarixlə əlaqədar mayın 10-da Daxili İşlər Nazirliyində də tədbir keçirilib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək ulu öndərin bütövlükdə yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.
Nazir müavini bu dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətinin müasirlərimiz və gələcək nəsillər tərəfindən dönə-dönə öyrəniləcəyini, onun hər anının, hər səhifəsinin örnək, əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağını qeyd edib, siyasi irsinin, idarəçilik fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin Prezidentİlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.
Sonda tədbir iştirakçıları ulu öndərin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və keşməkeşli səhifələrinin yazılmasına şahidlik etmiş möhtəşəm fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Elmin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI












