Dayanacaqlardakı monitorlar işləmir – SƏBƏB, VİDEO

Paytaxtdakı dayanacaqlarda quraşdırılan informasiya terminallarının əksəriyyəti işləmir. Avtosfer.az xəbər verir ki, işləyənlərdə isə göstərilən məlumatlar düzgün deyil. Yəni bir sözlə nəqliyyatın intelektual idarəetmə sisteminin bir parçası olan bu monitorlardan vətəndaşlar faydalana bilmir. Problemlə bağlı cavabdeh qurumun mövqeyini də öyrənmişik.
Əksəriyyətinin üzərini toz basıb, müxtəlif reklam yazılarının yapışdırıldığı lövhəyə çevrilib.
Bir neçə il öncə paytaxtdakı dayanacaqların əksəriyyətinə quraşdırılan informasiya terminalları hazırda öz funkusiyasını yerinə yetirmir.
Bəzi dayanacaqlardakı terminallar işlək vəziyyətdə olsa da informasiyalar düzgün deyil. Belə ki həmin ərazidən keçen avtobusların heçdə hamısının marşurut xətti və intervalı ilə bağlı məlumatlar sistemə əlavə edilməyib. sistemdə olan marşurutların hərəkət intervalı isə düzgün göstərilmir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, bu və digər çatışmzalıqların aradan qaldırılması üçün Türkiyədən mütəxəssislər dəvət olunub. İstanbulda nəqliyyatın inetellektual idarə edilməsini həyata keçirən qurumun nümayəndələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində olublar və mərkəzin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Yaxın vaxtlarda çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərə başlanılacaq.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












